[b]Denis Silva antirekordu təkrarladı[/b]
06.11.2017 - 13:22
[b]Denis Silva antirekordu təkrarladı[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib.

 

Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapılarına qol vurublar. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in formasında “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu.

 

3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidi. Denisə qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.

0