“Azərbaycana getdiyim zaman ilkin təəssüratlarım normal idi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Bakının “İnter” klubunun futbolçusu Dieqo Madriqala məxsusdu.
Kosta-Rika mətbuatına danışan futbolçu bildirib ki, Azərbaycana adaptasiya onun üçün çətin olub: “Bakıda qiymətlər yüksəkdi. Kosta-Rika isə daha ucuzluqdu. Mətbəx də fərqlidi, mentalitet də. Məsələn, şəhərdə xoşun gələn hər hansı bir qıza yaxınlaşmaq istəsən, böyük problemlər ortaya çıxa bilər. Bakıda tıxacla bağlı çətinliklər çoxdu. Tıxac yaranarkən insanlar bir-birilərinə hörmət etmirlər. Yayda ən aşağı temperatur 30 dərəcə olur. Burada rus dilində danışmağı öyrəndim. Çünki insanların çox rus dilindən istifadə edir”.
Madriqal Azərbaycan çempionatından Türkiyə Superliqasına gedə biləcəyini də deyib: “Türkiyə Superliqasında oynayan komandaların məşqçiləri Azərbaycan Premyer Liqasını izləyir. Mən də elə bir imkan tapıb, daha güclü çempionata gedə bilərəm. Özümü daim yaxşı tərəfdən göstərmək istəyirəm. Baş məşqçimiz Kaxaber Sxadadze mənə güvənir və şans verir. Özüm haqqında daha yaxşı fikirlər yaradıb, irəli getmək fikrindəyəm”.