Premyer Liqanın X turunda “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.
Klubun tibb personalından verilən məlumata görə, Diniyevin sağ dizi burxulub. Bundan əlavə, menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.
Futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək. Bərpa prosesini də nəzərə alsaq, onun təxminən 1 ay komandasına kömək edə bilməyəcəyini təxmin etmək olar.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb