[b]Diniyevin yeni iş yeri bəlli oldu[/b]
05.01.2018 - 20:53
[b]Diniyevin yeni iş yeri bəlli oldu[/b]

“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, debütant yarımmüdafiəçi Kərim Diniyevi heyətinə cəlb edib.

 

Bu barədə klubun feysbuk səhifəsi xəbər yayıb. 

 

Kərim Diniyev mövsümün ilk yarısını keçirdiyi “Kəpəz”dən bir neçə oyunçu ilə birlikdə göndərilmişdi.

 

Qeyd edək ki, “Səbail” bundan əvvəl Fəhmin Muradbəyli, Rahil Məmmədov və Aqşin Qurbanlını heyətinə cəlb edib.