[b]Dino Ndlovu zirvəyə şərik çıxdı[/b]
31.03.2017 - 11:02
[b]Dino Ndlovu zirvəyə şərik çıxdı[/b]

Azərbaycan kubokunun bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın legioneri Dino Ndlovu yarışın ən məhsuldar oyunçusu ünvanına şərik çıxıb.

 

Dino “Neftçi” ilə səfər matçında (2:0) vurduğu qolla yarışın ən məhsuldar oyunçusu olan sabiq komanda yoldaşı Namiq Ələsgərova çatıb. Artıq “Neftçi”də çıxış edən sonuncu da 4 dəfə fərqlənib.

 

Ndlovu 3, Ələsgərov 2 qarşılaşmada bu qədər qol vurub. Afrikalı bu toplardan birini penaltidən vurubsa, yığmamızın üzvü bütün qolları oyun epizodlarından rəqib qapısından keçirib.

 

Üç futbolçunun hesabında 3 qol var. Onlardan ikisinin bu rəqəmi artırmaq şansı yoxdu. Amil Yunanov “Sumqayıt” mübarizəni dayandırdığı, Jonas Pessalli “Neftçi”dən ayrıldığından kubokda qol vura bilməyəcək. “İnter”in hücumçusu Rauf Əliyev Qəbələdəki cavab matçında bombardirlərə çatmaq imkanına malikdi.