[b]Dmitri Bezotosnı “547”yə çatdı[/b]
19.10.2015 - 15:44
[b]Dmitri Bezotosnı “547”yə çatdı[/b]

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı ardıcıl 6-cı “quru” oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının cari mövsümündə 7 oyun keçirən 32 yaşlı əlcək sahibi yalnız 1 qarşılaşmada qapısında qol görüb.

 

Bu da ilk turun “Qarabağ”la görüşündə baş verib – 2:2. Həmin oyunda 2 top buraxan Dmitrini yalnız bir futbolçu – Riçard Almeyda məyus edib. Braziliyalı 62 və 83-cü dəqiqədə fərqlənib. Həmin qoldan sonra Azərbaycan çempionatında heç bir oyunçu Bezotosnını məyus etməyib. Ukraynalı legionerin “quru seriya”sı bununla da 547-yə çatıb.

 

Qeyd edək ki, “Qəbələ” cari mövsümün daha bir oyununda qapısından qol buraxıb. Amma IV turun “İnter”lə görüşündə “qırmızı-qaralar”ın qapısını Dmitri deyil, Andrey Popoviç qoruyub.

0