[b]Dmitri Loskov “Qəbələ”yə niyə gəlmişdi?[/b]
29.12.2014 - 17:52
[b]Dmitri Loskov “Qəbələ”yə niyə gəlmişdi?[/b]

“Yuri Syomin o vaxt Azərbaycanda, “Qəbələ”də çalışırdı. Lakin o, mənə futbolçu karyeramı davam etdirməyi təklif etməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun tanınmış simalarından olan Dmitri Loskov deyib.

 

Uzun illər “Lokomotiv”in şərəfini qoruyan, Rusiya Premyer Liqasındakı oyun sayında 2-ci göstəriciyə malik futbol veteranı ötən mövsümə təsadüf edən sirli Azərbaycan səfərindən danışıb. Həmin vaxt karyerasını yeni başa vuran Loskov “Lokomotiv”dəki çalışdırıcısı Yuri Syominin baş məşqçisi olduğu “Qəbələ”nin düşərgəsində peyda olubmuş. Həmin vaxt Dmitrinin gəlib-gəlməməsi, oyunçu kimi karyerasını ölkəmizdə başa vurmaq ehtimalının varlığı müzakirə olunsa da, əsl səbəb başqa imiş: “Biz Syominin yanına təcrübəyə getmişdik, baxırdıq. Onda o mənə dedi ki, çalışdırıcı olmaq istəyin varsa, öyrən və məşqçiliyə başla”.

 

Qeyd edək ki, 40 yaşlı Loskov futbolçu karyerasını 2013-cü ildə başa vurub.