[b]Dmitri Nazarovla bağlı baş məşqçi planı[/b]
19.02.2016 - 11:11
[b]Dmitri Nazarovla bağlı baş məşqçi planı[/b]

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu II Bundesliqada növbəti oyununu “Braunşveyq”ə qarşı keçirəcək. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Karlsrue şəhərinin eyniadlı təmsilçisi matçın hazırlığını davam etdirir.

 

Baş məşqçi Markus Kauçzinski XXII tur çərçivəsində baş tutacaq bu görüşdə heyətlə bağlı bəzi dəyişikliklər etməyi qərara alıb. O, qış fasiləsindən sonrakı ilk 2 turda özünü yaxşı tərəfdən göstərməyən futbolçulara bu dəfə güvənməyəcək.

 

Kauçzinski keçən tur “Duysburq”la matçda start heyətində yer alan Hiroki Yamada ehtiyatda saxlayıb, onun mövqeyində Dmitri Nazarova ilk “11-lik”də şans vermək niyyətindədi. Qış fasiləsindən sonra “Frankfurt” və “Duysburq”la matçlarda meydana ikinci hissədə daxil olan Nazarovun hazırkı durumu baş məşqçini qane edir.

 

Qeyd edək ki, “Karslrue” – “Braunşveyq” görüşü fevralın 20-də keçiriləcək.