[b]Dodo: 10 xallıq fərqin aradan qaldırılması mümkündü[/b]
14.01.2016 - 16:07
[b]Dodo:  10 xallıq fərqin aradan qaldırılması mümkündü[/b]

“Cari mövsüm üçün hədəfimiz dəyişməzdi. Çempionatı qızıl medal başa vurmaq iddiasındayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Dodo deyib.

 

Hazırda komandası ilə birlikdə Türkiyə toplanışında olan yarımmüdafiəçi Braziliya mətbuatına açıqlama verib.

 

Dodo kapitanı olduğu “Qəbələ” ilə çempionluq yaşamaq üçün mübarizə aparacaqlarını bildirib: “Düzdü, hazırda liderdən 10 xal geri qalırıq. Lakin sonadək döyüşəcəyik.  Çempion olacağımıza inanırıq. Bu fərqin aradan qaldırılması mümkündü. İstəyimizin mövsümün sonunda gerçəkləşməsi üçün çox çalışmalıyıq. Bu titulun xəyalı ilə yaşayırıq. Kim daha az xal itirsə, istəyinə çatacaq. Bütün fikrimizi oyunlara kökləməliyik. Çempionatdakı fasilədən maksimum yararlanıb, çatışmazlıqları aradan qaldırmalıyıq”.

 

Qeyd edək ki, Dodo “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçudu.