[b]Dorinel Muntyanunun “11-liy”i: Üçü də birdən qovulur[/b]
26.12.2014 - 17:10
[b]Dorinel Muntyanunun “11-liy”i: Üçü də birdən qovulur[/b]

2014/15 mövsümünün ilk yarısında o qədər də uğurlu çıxış etməyən “Qəbələ” heyətdə islahatlara start verib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Topaz Premyer Liqasının bürünc mükafatçısı olan və kubokun finalına yüksəlməklə, Avropa Liqasına vəsiqə əldə edən əyalət təmsilçisi artıq 3 oyunçu ilə yollarını ayırıb.

 

Fasiləyə 3 tur qalmış postunu tərk edən rumıniyalı baş məşqçi Dorinel Muntyanunun ardınca “Qəbələ”dən məhz onun rəhbərliyi dövründə transfer edilənlər yola salınıb. Bunlar Qomeş Pinto Yazalde, Andrei Kristea və Aleksandru Benqadı.

 

Rusiya “Rubin”inə məxsus olan Ruslan Abışovun da icarə müddəti başa çatdığından artıq bu komandanın futbolçusu sayılmır. Bununla, Muntyanunun vaxtında “qırmızı-qaralar”a qoşulanlardan yalnız 7-si heyətdə qalır.

 

Belə ki, Muntyanunun baş məşqçiliyi dövründə icarə də nəzərə alınmaqla, 11 oyunçunun keçidi həll edilmişdi.

 

Əməliyyat olunan Ruslan Əmircanovu saymasaq, Benqa bu 11 futbolçu arasında ən az matç keçirəndi. Ondan cəmi 1 matç çox keçirən Kristeanın da bu taleyi yaşayacağı öncədən proqnozlaşdırmaq çətin deyildi. Az oyun keçirənlərdən olan Bəxtiyar Soltanov isə yalnız 11 turdan sonra heyətə qatılması üzündən bəzilərindən geri qalır.

 

Qeyd edək ki, Muntyanunun transferləri arasında ən çox oyun keçirən Adrian Ropotandı. Onun hesabında 17 oyun var.

 

Futbolçu

Çempionat

Kubok

Avroliqa

Cəmi

O

Q

O

Q

O

Q

O

Q

Adrian Ropotan

14

0

1

0

2

0

17

0

Cavid Hüseynov

15

5

1

0

0

0

16

5

Ruslan Abışov

13

1

1

0

2

0

16

1

Ehiosun Ekiqo

14

2

1

0

0

0

15

2

Pavol Farkaş

13

1

1

0

0

0

14

1

Qomeş Pinto Yazalde

13

0

1

0

0

0

14

0

Markinyos

12

1

1

0

0

0

13

1

Andrei Kristea

8

0

0

0

2

0

10

0

Bəxtiyar Soltanov

7

2

1

2

0

0

8

4

Aleksandru Benqa

7

0

0

0

0

0

7

0

Ruslan Əmircanov

6

0

0

0

1

0

7

0

 

Qeyd: Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmayıb.