“Liderlərin qarşılaşmasından daha yaxşı oyun gözləyirdim. Amma bunun əksinə şahid oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa futbolunun tanınmış qapıçılarından olmuş Yeji Dudek deyib.
Əsasən “Liverpul” və “Real” kimi klublarda oynaması ilə tanınan futbol veteran Polşa çempionatının liderləri “Legiya” ilə “Lex” (Poznan) qarşılaşmasını izləyənlər arasında olub. Meydan sahiblərinin 1:0 hesablı qələbəsinə şahidlik edən Dudek ölkə çempionu olmağa əsas namizədin bərbad oynamasından, Çempionlar Liqasında Azərbaycan təmsilçisinə “yem” olacağından danışıb: “Legiya” qol vurduqdan sonra təxminən 1 saat sırf müdafiədən oynadı. Azarkeşlər də darıxdırıcı görüş izlədi. Belə oyunla uzağa getmək olmaz. Mənə elə gəlir ki, “Legiya” çempion olsa da, qitə arenasında ondan nəsə gözləməyə dəyməz. “Lex” isə Avropa Liqasına yollanacaq. Amma bir neçə ay sonra avrokuboklarda onların işi çətin olacaq. Azərbaycan və ya Qazaxıstan klubları ilə düşsələr, belə rəqiblər bizim üçün çox güclü sayılacaq”.
Qeyd edək ki, 28 turdan sonra hesabında 57 xal olan “Legiya” sona 2 oyun qalmış ən yazın izləyicisindən 10 xal uzaqlaşmaqla, əsas mərhələdə birinci yeri təmin edib.