[b]Dünya çempionatı öncəsi böyükhesablı qələbə[/b]
01.06.2018 - 19:42
Dünya çempionatına hazırlaşan Avstraliya yığması turnir öncəsi yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, komandanın rəqibi Çexiya olub.
Birinci hissədə rəqib qapısından 1 top keçirən Bert van Marveykin yetirmələri fasilədən sonra çexləri daha 3 dəfə mərkəzə dəvət ediblər. Avstraliya yığmasının heyətində qolları Metyu Leçki (32, 72-ci dəqiqə) və Endi Nabbo (54) vurub. Sona 10 dəqiqə qalmış isə Yakub Yuqas avtoqol müəllifi olub.
Qeyd edək ki, Avstraliya yığması mundialda Fransa, Peru və Danimarka ilə C qrupunda mübarizə aparacaq.
0
0