[b]Dünya və Avropa çempionları millimizlə görüşüb[/b]
27.04.2016 - 17:14
Bu gün dünya və Avropa çempionları 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov yeniyetmə futbolçularla görüşü AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.
Onlar komandanın hazırlıq prosesi ilə tanış olublar. Çempionlar öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
0
0