[b]Dünyaya futbolçu “ixrac” edən 10 “fabrik” - FOTOSESSİYA[/b]
05.04.2016 - 00:30
[b]Dünyaya futbolçu “ixrac” edən 10 “fabrik” - FOTOSESSİYA[/b]

Dünya klubları əldə etdikləri uğurları milyonluq transferlərlə yanaşı, həm də aşağı yaş qruplarından yetişdirdikləri oyunçular sayəsində reallaşdırırlar. Bu baxımdan futbol tarixinə damğasını vuran Akademiyalar var ki, onların yetişdirdikləri ulduzlar hər zaman söz sahibi olmağı bacarıblar. Apasport.az saytı, ulduzları ilə məşhur olan 10 akademiyanı təqdim edir.

 

 

 

 

 

10. “Arsenal”

 

Manchester City v Arsenal

 

Eşli Koul, Endi Koul, Toni Adams, Cek Uilşer kimi ulduzları yetişdirən “Arsenal” Futbol Akademiyası türk futboluna da Oğuzhan Özyakubu qazandırıb.

 

9. “Vest Hem”

 

Frank Lampard, Frederic Kanoute

 

Frenk Lempardın “Vest Hem”in yetirməsi olduğu məlumdu. Ancaq “çəkicdöyənlər”in yetirmələri bununla bitmir. İngiltərə və dünya futboluna damğasını vurmuş Con Terri, Rio Ferdinand, Co Koul, Cermeyn Defo  kimi oyunçular da bu məktəbin yetirmələridi.

 

8. “Santos”

 

Brazilian football star Neymar, of Santo

 

Hazırda ən məşhur yetirməsi Neymar olsa da, “Futbol kral”ı Pele də burda yetişib. Ayrıca Robinyo, Koutinyo və bir müddət “Qalatasaray” və “Şaxtyor”da oynamış Elano da “Santos” məktəbini təmsil edirlər.

 

7. “Sportinq”

 

Portugal's Cristiano Ronaldo (L) and Ric

 

Əslində saya bilməyəcək qədər çoxdu yetirmələri. Kristiano Ronaldo və Luiş Fiqo ən məşhurlarıdı. Rikardo Quaresma və Luis Nani də bunlardan bəziləridi.

 

6. “Real Madrid”

 

FBL-UAE-REAL MADRID-ACADAMY

 

Daha çox transfer etdiyi ulduzlarla məşhur olan “kral klubu” buna rəğmən saysız yetirmələri ilə də öyünə bilər. “Real” akademiyasının tələbələrindən indi heyətdə Naço, Karvaxal, Kiko Kasilla, Arbeloa var. Bundan başqa İker Kasillas, Xuan Mata və baş məşqçi Visente del Boske də klubun öz yetirmələridir.

 

5. “Southempton”

 

FA Cup 4th Round: Manchester City v Southampton

 

Alan Şirer və Met Le Tiyer bu akademiyadan çıxmış məşhur futbolçulardı. Son illərəd isə Teo Uollkot, Luk Şou və Qaret Beyli dünya futboluna bəxş edib.

 

4. “Mançester Yunayted”

 

Man Utd v Coventry

 

İllər öncə Devid Bekhem, Rayan Giqqz, Pol Skoulz kimi oyunçuları yetişdirib uğurlar qazanan “qırmızı şeytanlar”, son vaxtlar aşağı yaş qruplarından çıxan oyunçuları əldə saxlaya bilmir. Cerard Pike və Pol Poqba buna nümunədi.

 

3. “Bavariya”

 

FBL-GER-TELEKOM-CUP-HAMBURG-MUNICH

 

Son illər daha çox “Borussiya”nın “hesabına yaşadığı zənn edilsə də”, Flipp Lam, Tomas Müller, Toni Kroos, Bastian Şvaynştayger kimi ulduzlar münhenlilərin “yerli istehsalı”dır.

 

2. “Ayaks”

 

FUSSBALL: Supercup A.AMSTERDAM

 

Adlarını yaza bilməyəcəyimiz qədər çox məşhur futbolçu yetişdirən “Ayaks” akademiyası uzun illər dünyaya futbolçu ixrac edən əsas “fabrik” olub. Yohan Kroyf, Marko van Basten, Ptrik Klayvrt, Van der Sar, Klarens Zedorf, Rafael van Der Vaart və Uesli Sneyder kimi ulduzlar bunlardan sadəcə bir neçəsidi.

 

1. “Barselona”

 

FBL-EUR-C1-AC MILAN-BARCELONA

 

...Və təbii ki, “La Masiya” olaraq bilinən “Barselona”nın futbol akademiyası. Bu məktəbin ən böyük özəlliyi oyunçularını heyətdə tuta bilmək və əsas komandanın özəyini təşkil etməsidi. Müasir futbolda Andreas İnyesta, Lionel Messi, Xavi Hernandes, Pedro Rodrigez ən çox tanınanlardandı.

 

Mənbə: sporx.com

0