Qış fasiləsi yaranan kimi, bir neçə yerli futbolçusu ilə yollarını ayıran “Xəzər Lənkəran” əcnəbiləri ilə də vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, hazırda komandada olan 7 əcnəbi futbolçudan 3-ü qalmağa razılıq verib.
Belə ki, rəhbərlik bütün oyunçulara maaşlarının azaldılması şərti ilə yeni sözləşmə təklif edib. Bu təklifə isə Vyekoslav Tomiç, Sadio Tounkara və Afred Sanko artıq müsbət cavab veriblər.
Digər əcnəbilər - Tieqo de Xesus, Manuel Skarlatake, Vanderson Skarduelli və Fernando Qabriellə danışıqlar isə davam edir. Onlar maaşlarının azaldılmasına razı olsalar, “Xəzər Lənkəran”dakı karyeralarını davam etdirəcəklər.
Qeyd edək ki, Deyan Blajevski, Qalin İvanov, Elnur Abdullayev, Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov artıq “Xəzər Lənkəran”dan ayrılıblar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı