[b]Əcnəbilərlə 24 sınaq: “Neftçi” və “Rəvan” fərqləndi[/b]
05.08.2015 - 16:48
[b]Əcnəbilərlə 24 sınaq: “Neftçi” və “Rəvan” fərqləndi[/b]

Azərbaycan klubları mövsümlərarası fasilədə 24 beynəlxalq yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ölkə xaricində təlim-məşq toplanışında olan klubların hamısı belə qarşılaşmalarda qüvvəsini sınayıb.

 

Yayda Azərbaycanı tərk etməyən “İnter”, AZAL və “Sumqayıt” xarici klublarla yoxlama oyunu keçirməyib. Digər komandalar arasında hamıdan çox oyuna çıxan “Neftçi” olub. Digər klublardan fərqli olaraq, iki dəfə toplanış üçün müxtəlif ölkələrə üz tutan “ağ-qaralar” 7 görüşdə qüvvəsini sınayıb.

 

Türkiyəyə 5 klub yollanıbsa, Avstriyada 2 komanda hazırlıq keçib. “Neftçi” bu ölkələrin ikisində də olub. Xaricdə toplanışda olub, qüvvəsini sınayan 6 klubla müqayisədə “Rəvan” fərqli marşrut seçib. Toplanışı ölkə daxilində keçirən paytaxt təmsilçisi yalnız yoxlama matçı üçün Gürcüstana yollanıb və əcnəbilərlə hamıdan az – cəmi 1 yoxlama oyunu keçirib.

 

“Qarabağ” – 3 oyun (Avstriya)

“Horn” (Avstriya) 3:4, “Styaua” (Rumıniya) 2:3, “Lokomotiv” (M, Rusiya) 2:2

“Qəbələ” – 2 oyun (Türkiyə)

Ərzurum U-21 (Türkiyə) 2:1, “Aşkalespor” (Türkiyə) 10:0

“Neftçi” – 3 oyun (Avstriya)

MTK (Macarıstan) 0:3, “Kukesi” (Albaniya) 0:2, “Şaxtyor” (Ukrayna) 0:1

4 oyun (Türkiyə)

“Alanyaspor” (Türkiyə) 1:1, “Əl-Faysəli” (Səudiyyə Ərəbistanı) 2:1, “Ahal”  (Türkmənistan) 2:2, “Antalyaspor” (Türkiyə) 2:0

“Xəzər Lənkəran” – 5 oyun (Türkiyə)

“Nigdespor” (Türkiyə) 1:0, “Kasımpaşa” (Türkiyə) 0:2, “Antalya Kunduspor” (Türkiyə) 8:1, “Kayserispor” (Türkiyə) 1:1, “Derincespor” (Türkiyə) 2:1

“Rəvan” – 1 oyun (Gürcüstan)

“Sioni” (Gürcüstan) 1:2

 “Zirə” – 3 oyun (Türkiyə)

“Şukura” (Gürcüstan) 0:0, “Kolxeti” (Gürcüstan) 0:1, “Samtredia” (Gürcüstan) 1:3

“Kəpəz” – 3 oyun (Türkiyə)

“1461 Trabzon” (Türkiyə) 1:0, “Şukura” (Gürcüstan)1:1, “Kocaeli Birlikspor” (Türkiyə) 2:1