[b]Eddi İsrafilov yenə forma geyinmədi[/b]
19.01.2015 - 00:44
İspaniya La Liqasında XIX turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Atletiko” ilə üz-üzə gəlib.
Qarşılaşmada “Land of fire Azerbaijan”lı forması geyinən Madird klubu 2:0 hesabı ilə qalib gəlib.
Bu matçda İsrafilov yenə mübarizə aparmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı ötən tur “Real Sosyedad”la görüşdə olduğu kimi, “18-liy”ə daxil edilməyib.
Qedye dək ki, “Qranada” 14 xalla turnir cədvəlinin son pilləsində yer alır.
0
0