“Çelsi”nin hücumçusu Eden Azar komandasını dəyişmək fikrinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu belçikalı özü deyib.
Ulduz futbolçu gələcəkdə oynamaq istədiyi klubların adlarını da açıqlamaqdan çəkinməyib. O, London klubunda çox qalmayacağını gizlətməyib: “Hazırda İngiltərədə xoşbəxtəm. Amma gələcəkdə yeni macəralar yaşamaq istəyirəm. Növbəti komandam PSJ, “Real” və ya “Bavariya” ola bilər. Amma indi bütün diqqətimi “Çelsi” ilə uğur qazanmağa yönəltmişəm. Gələcəkdə isə başqa kluba keçmək barədə düşünə bilərəm”.
Qeyd edək ki, 2012-ci ildən “Çelsi”nin formasını geyinən Eden Azar bu klubun heyətində 240 oyunda 69 qola imza atıb.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi