Topaz Premyer Liqasının XXI turunun “Kəpəz” – “Qarabağ” oyununda (1:2) qonaqların qələbə qoluna imza atan Əfran İsmayılov ikiqat yubiley qeyd edib. Apasport.az saytının xəbərinə görə, bu top onun Ağdam klubunun heyətində 25-ci qolu olub.
Premyer Liqada əyalət klubunu 17-ci dəfə sevindirən yarımmüdafiəçi 2 qolunu Azərbaycan kubokunda rəqib qapılarından keçirib. Qitə miqyaslı klub turnirlərində 6 dəfə “Qarabağ” azarkeşlərini sevindirən İsmayılov üçün Gəncədəki görüş oyun baxımından da əlamətdardı.
Ağdam təmsilçisində ilk matçını 2006/07 mövsümündə keçirən futbolçu 150-ci dəfə “ağ-göy”lərin formasını geyinib. Çempionatda 115-ci görüşünə Gəncədə çıxan 28 yaşlı orta sahə oyunçusu ölkə kubokunda 13, avrokuboklarda 22 qarşılaşmada “Qarabağ”ın şərəfini qoruyub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”