[b]Əfran İsmayılov “İnter”dən gedir?[/b]
18.01.2015 - 01:08
[b]Əfran İsmayılov “İnter”dən gedir?[/b]

“Ölkə xaricindən təklif alsam, gedəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yeni futbolçusu Əfran İsmayılov deyib.

 

Payatxt təmsilçisi ilə bir müddət əvvəl müqavilə imzalayan yarımmüdafiəçi anlaşmanın yarım illik olmasının səbəblərini açılqayıb: “Əsas səbəb odu ki, yayı gözləyirəm. Xaricı gedə bilərəm. Qalmaq ehtimalım çox azdı. Çünki baş məşqçimiz Kaxaber Sxadadzedə komandadan gedir. Mən də bu mütəxəssisə görə, bu komandaya gəlmişəm. O da məni komandasında görmək istəyirdi. Birinci fikrim, xaricdən gələn təklifi qəbul etməkdi. Lakin “İnter” avrokuboklara vəsiqə qazansa, bu yarışda klubuma kömək edəcəyəm. Çünki qitə miqyaslı turnirlərdə də oynamaq istəyirəm”.