[b]Əsgər Abdullayev: Danışmaq istəmirəm[/b]
30.08.2014 - 22:13
[b]Əsgər Abdullayev: Danışmaq istəmirəm[/b]

“Oyun barəsində heç nə danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, vu szöləri “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının IV turunun “Sumqayıt”la səfər oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verməkdə çətinlik çəkib: “Bir sözüm var, rəqibi təbrik edirəm. Mən oyun görmədim. Hakimlik barədə danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, hakimin kobud səhvləri oldu. Bizim vaxtımızda qapıya gedən topu müdafiəçi əl ilə saxlayanda penalti verilir. Görünür indi qaydalar dəyişib”.

 

Mənbə: pfl.az