Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsində hansı oyunu idarə edəcəyi məlum olub. Apasport.az saytının xəbərinə görə, 28 yaşlı hakim Avstriyaya yollanacaq.
Belə ki, Ağayev və onun briqadası Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Vyana) – “Dinamo” (Minsk) görüşünə təyinat alıb.
Ağayevin söz sahibi olacağı qarşılaşmada Zeynal Zeynalov və Rza Məmmədov köməkçi, Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçın əlavə köməkçi hakimləri isə Rəhim Həsənovla Orxan Məmmədov olacaq.
Oyunun inspektoru funksiyasını Ukrayna Hakimlər Komitəsinin sədri Lusiano Luçi icra edəcək.
Qeyd edək ki, “Rapid” – “Dinamo” qarşılaşması dekabrın 10-da “Ernest Happel” stadionunda keçiriləcək.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı