[b]Elmar Baxşıyev “Neftçi”yə qayıdır[/b]
02.12.2014 - 14:06
Azərbaycan millisinin, eləcə də “İnter”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının keçmiş futbolçusu Elmar Baxşıyev karyerasını bitirəndən bəri işsizdi. Bununla belə, sabiq yarımmüdafiəçi tezliklə məşqçiliyə başlaya bilər.
Apasport.az-ın əldə etdiyi məlumata görə, Baxşıyevin “Neftçi”yə qayıtmaq ehtimalı yüksəkdi. Elmar məşqçiliyə məhz keçmiş komandasında başlaya bilər. O, bununla bağlı yaxın günlərdə “Neftçi” prezidenti Sadıq Sadıqovla görüşməlidi. “Ağ-qaralar”ın rəhbəri “hə” deyəcəyi təqdirdə, Baxşıyev “Neftçi”nin U-19 komandasının məşqçisi təyin olunacaq.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0