“Qəbələ” klubunun müdafiəçisi Elnur Allahverdiyev heyətdən uzaqlaşdırıla bilər. Apasport.az saytı xəbər verir ki, buna səbəb 31 yaşlı futbolçunun davamlı olaraq intizamsızlığa yol verməsidir.
Topaz Premyer Liqasının XXVIII turunda “Qarabağ”la səfər görüşünün 78-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoyan Allahverdiyev təkcə meydandakı məsuliyyətsiz davranışlarına görə “qara siyahı”ya düşməyib. Onun klubda yer alan legionerlərlə yola getmədiyi, onlara qarşı qruplaşma yaratmağa cəhd etdiyi, ab-havanı korladığı bildirilir.
Vəziyyəti nəzərə alan məşqçilər korpusu onunla bağlı ölçü götürməyə qərar verib. Böyük ehtimalla, millimizin üzvünü “Qəbələ”dən uzaqlaşdırılacaq.
Qeyd edək ki, Allahverdiyev ötən ilin yayında “Xəzər Lənkəran”dan “Qəbələ”yə keçib. Cənublular məhz intizamsız davranışlarına görə Elnurdan imtina etmişdilər.