[b]Elxan Məmmədov: Sloveniyanın qələbəsi millimizi çətin vəziyyətə salıb[/b]
31.01.2014 - 23:41
[b]Elxan Məmmədov: Sloveniyanın qələbəsi millimizi çətin vəziyyətə salıb[/b]

“Bu turnirdə iştirakımız artıq ənənəyə çevrilib. Ümid edirəm ki, millimiz bu dəfə Avropa çempionatında adından söz etdirə biləcək”. Apasport.az saytının Belçikaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Bu gün futzal üzrə Avropa çempionatının keçirildiyi Antverpen şəhərinə gələn Elxan Məmmədov millimizin turnirdə keçirəcəyi Sloveniya ilə ilk oyun haqqında qısa fikirlərini bildirib: “Sloveniyanın İtaliyanı məğlub etməsi sensasiya oldu. Bu onu göstərir ki, bu rəqib nə dərəcədə güclüdür. Onların qələbəsi millimizi çətin vəziyyətə saldı. Ancaq komandamız da yaxşı hazırlıq keçib və qələbəyə ümid edirik. Biz gözləyirik ki, Sloveniya bu gün əks-hücumlarda oynayacaq və komandamız bu rəqibin öhdəsindən gələ biləcək”.

Qeyd edək ki, Azərbaycan – Sloveniya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Səbuhi TOFİQOĞLU

Antverpen