[b]Elxan Məmmədov Portuqaliya futbolunun yubileyində[/b]
14.01.2015 - 16:11
[b]Elxan Məmmədov Portuqaliya futbolunun yubileyində[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında “Football Talks 2015” konfransında iştirak edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də konfransa qatılıblar.

 

Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir.