“Klub rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin reallaşması üçün nə lazımdısa, etdilər. Bütün sənədləri vaxtında Almaniyaya göndərdilər. Böyük ümidlərlə “Ayntraxt”a yollanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubuna transfer olunan “Neftçi”nin qapıçısı Emil Balayev deyib.
Gənc qolkiper keçidi haqda danışıb: “Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, etimadı doğruldacağam. Orada sağlam rəqabətdi. Alman məktəbinin güclü olduğu hər kəsə bəllidi. “Ayntraxt”da da güclü qapıçılar var. Amma özümə inanıram. Bacardığımın nəinki 100 faizini, hətta daha artığını göstərməliyəm. Əsas heyətə dərhal düşməyim çətindi. Bunu özüm də bilirəm. Bir qədər vaxta ehtiyac var. Yaya kimi “bişməliyəm”. İnanıram ki, 6 aya əsas heyət üzvünə çevrilə biləcəyəm. Eşitdiyimə görə, “Ayntraxt”ın baş məşqçisi Tomas Şaaf ondan mənim haqda müəyyən məlumatlar əldə edib. Amma orada olduğum müddətdə mənə Ştayn haqda heç bir söz deyilmədi”.
Balayev karyerasının uğursuz alınıb, vətənə qayıdası olsa yenə “Neftçi”ni seçəcəyini vurğulayıb: “Mən öncə orada möhkəmlənməyi düşünürəm. Şər deməsən, xeyir gəlməz. Əgər, vətənə qayıtsam yalnız “Neftçi”nin formasını geyəcəyəm. Çünki “Neftçi” mənim doğma klubumdu. Almaniyaya yollansam da, özümü “Neftçi”nin bir üzvü kimi hiss edirəm. Yanvarın əvvəlində isə səfərə çıxacağam”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı