[b]Emil Balayev üçün həyəcan siqnalı[/b]
14.01.2015 - 11:28
[b]Emil Balayev üçün həyəcan siqnalı[/b]

Emil Balayevin çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubu digər qapıçı Timo Hildebrandla bağlı fikrini dəyişib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiperin Frankfurt klubunda qalmasına qərar verilib.

 

Halbuki Hildebrandın yanvarda “Ayntraxt”ı tərk edəcəyi gözlənilirdi. Ancaq almanlar təcrübəli çərçivə qoruyucusu ilə indi yox, mövsümün sonunda vidalaşmağı məqsədəuyğun sayıblar. Rəhbərliyin bu təklifini qəbul edən Hildebrand digər təklifləri rədd edib. Bu isə o deməkdi ki, Emil Balayevin yeni klubunda heyətə düşməsi bir qədər də çətinləşəcək.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Balayevin “Ayntraxt”a keçidi dekabrda rəsmiləşib.