[b]Emil Balayev üçün son hazırlıq matçı[/b]
15.01.2015 - 21:41
Emil Balayevin çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubunun hazırlıq çərçivəsində qarşılaşacaq son rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, millimizin üzvünün komandası İsveçrə təmsilçisi “Servett”lə üz-üzə gələcək.
Frankfurtlular Cenevrə klubu ilə yanvarın 24-də qarşılaşacaq. “Kommerzbank Arena”da baş tutacaq matç üçün artıq biletlər də satışa çıxarılıb.
Qeyd edək ki, Emil Balayev yeni klubunda ilk kobukunu qazanıb. Yaranan fasilədən istifadə edən “Ayntraxt” mübarizə apardığı 13-cü Harder kubokunun qalibi olub.
0
0