[b]Əmrah Çəlikəl: Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar[/b]
09.09.2015 - 14:30
[b]Əmrah Çəlikəl: Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar[/b]

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Bu barədə apasport.az saytına Ağdam klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.

 

O bildirib ki, çoxdan razılığa gəldikləri makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin keçidini rəsmiləşdiriblər: “Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar. Onunla 1+1 formatında müqavilə imzaladıq. Dimitrovskinin adını PFL-ə göndərdiyimiz iştirak ərizəsinə əlavə etdik. Əgər baş məşqçi Qurban Qurbanov şans verərsə, bu həftə “Xəzər Lənkəran”la keçiriləcək çempionat matçında debüt edə bilər”.

 

Ə. Çəlikəl bildirib ki, “Qarabağ” transfer çalışmalarını yekunlaşdırıb: “Daha transfer gözlənilmir. Heç bir futbolçu ilə danışıq aparmırıq”.