[b]Ən sürətli dubl[/b]
19.10.2015 - 10:30
[b]Ən sürətli dubl[/b]

“Qarabağ”ın futbolçusu Samuel Armenteros mövsümün ən sürətli dubluna imza atıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Topaz Premyer Liqasının VIII turunda 2 qolu 12 dəqiqəyə vurub.

 

İsveçli legioner “Zirə” ilə qarşılaşmanın 5-ci və 16-cı dəqiqəsində fərqlənib. Samuelin 12 dəqiqəyə 2 dəfə fərqlənməsi, ilk 8 turun 8 dublu arasında ən sürətlisidi.

 

Bunadək ən qısa müddətdə 2 qol vuran oyunçu Dieqo Martins idi. “İnter”in braziliyalısı “Qəbələ” ilə 4-cü turun qarşılaşmasında 20 dəqiqəyə iki dəfə rəqib qapısına yol tapmışdı.

 

VIII turda dubllarla bağlı daha 3 rekord qeydə alınıb.

 

Mövsümdə ilk dəfə eyni turda 3 oyunçu 2 qol vurub. Həmçinin “Qarabağ”ın “Zirə” ilə qarşılaşması 2 dublun qeydə alındığı ilk görüş olub. Samuellə yanaşı, 2 qol vuran Riçard Almeyda mövsümdə 2 dəfə belə uğur qazanan futbolçu olub.