[b]Ən yaxşı ərəb seçildi[/b]
02.01.2018 - 13:58
“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah mükafatlandırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, ərəb ölkələrinin futbolçuları arasında 2017-ci ilin ən yaxşısı seçilib.
Misir yığmasının üzvü suriyalı həmkarları Ömər Xribin və Ömər əl-Somanı qabaqlayıb. Səudiyyə Ərəbistanı çempionatında çıxış edən adıçəkilən oyunçular müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Məhəmməd Salah həmçinin Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu adına namizəddi. Bu nominasiyanın qalibi yanvarın 4-də açıqlanacaq.
0
0