Ermənistan futbolunda danışılmış oyunlar qeydə alınıb. Apasport.az-ın news.am saytına istinadən verdiyi məlumata görə, “Uliss” və “Uliss-2” komandalarının üzvləri bukmeyker kontoru ilə danışıqlar apararaq, matçların nəticəsini əvvəlcədən razılaşdırıblar.
Belə ki, ötən ilin noyabrında “Uliss”in baş məşqçisi Qaqik Simonyan, futbolçusu Ayk Unanyan, həmçinin “Uliss-2” komandasının administratoru Ara Azaryan və baş məşqçi Ruben Aruşanyanın köməkçisinin razılığı ilə “Toto” bukmeyker kontoruna 1000-3000 dollar həcmində pul qoyuluşu edilib.
Matçların nəticəsi əvvəlcədən danışıldığından, qeyri-qanuni gəlir əldə olunub. Fırıldaqçılar pulu özləri və bir neçə futbolçu arasında bölüblər.
Artıq hadisə ilə bağlı cinayət işi açılıb.
Baş məşqçi Qaqik Simonyan və administrator Ara Azaryan həbs edilib. Onlardan fərqli, Ruben Aruşaryan və Ayk Unanyan isə saxlanılıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi