[b]Əsgər Abdullayev: Milli komandanı çalışdırmaq təklifi almışam[/b]
18.12.2014 - 16:04
“Araz Naxçıvan”ın sabiq baş məşqçisi Əsgər Abdullayevin işsiz günləri qısa çəkə bilər. Bu barədə apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssisin özü məlumat verib.
O bildirib ki, yeni ildən 21 yaşadək futbolçulardan ibarət yığmanı çalışdırmağa yaxındı: “Məşqçilər Komitəsinin üzvləri mənimlə əlaqə saxlamışdılar. Mənə verdikləri “U-21-in baş məşqçisi işləyərsən” sualını müsbət cavablandırdım. Amma təbii ki, bu məsələdə son sözü AFFA rəhbərliyi deyəcək”.
Qeyd edək ki, Əsgər Abdullayev 2000-2002-ci illərdə U-21 yığmamızı çalışdırıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0