[b]Əsgər Abdullayev: Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm[/b]
27.09.2014 - 18:03
[b]Əsgər Abdullayev: Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm[/b]

“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Bu gün Topaz Premyer Liqasının VII turunda “Bakı” “Araz-Naxçıvan”la qarşılaşıb. “Zolaqlılar” debütantı 2:1 hesabı ilə məğlub etməklə çempionatda ilk qələbəsini qazanıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında “Bakı”nın türkiyəli baş məşqçisi İbrahim Uzunca isə qələbəni Hafiz Məmmədova həsr etdiklərini bildirib: “1 həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz bir-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.