[b]Əvvəl köməkçiləri, sonra Prosineçki[/b]
11.01.2016 - 17:46
Azərbaycan millisinin məşqçiləri Antalyaya yollanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın çalışdırıcıları Türkiyədə təlim-məşq toplanışında olan klublarımızın hazırlıq prosesini izləyəcək.
Bu məqsədlə komandanın məşqçisi Qordan Tsipriç və Draqan Spaşiç bu gündən etibarən qonşu ölkəyə ezam olunub. Millimizin baş məşqçisi Robert Prosineçki isə yanvarın 15-də Antalyaya gedəcək. Xorvatiyalı mütəxəssislər Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləyəcəklər.
Mənbə: affa.az
0
0