[b]Əyalət derbisində 8-ci heç-heçə[/b]
28.09.2014 - 23:00
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının VII turunda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma komandaların tarixində 27-ci olub.
Cənub klubu bu matçda daxil olmaqla, “Qəbələ” ilə 23 çempionat oyununda və 4-kubok qarşılaşmasında üz-üzə gəlib. “Ağ-yaşıllar” bunlardan 13-də qələbə qazanıb, 8 görüşü isə heç-heçə başa çatdırıb.
Bu vaxta qədər 6-oyunda cənublular “Qəbələ”yə məğlub olub. “Xəzər Lənkəran”ın “qırmızı-qaralar”la keçirdiyi oyunlarda məhsuldarlığı ilə seçilərək, qapılara vurulan topların sayında da rəqibdən xeyli üstündür.
0
0