“Yaxşı oyun keçdi. Fikrimcə, futbolçular cəld oynayırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.
O, millimizlə qalib gəldikləri (4:0) yoldaşlıq oyundan danışıb: “Gənc uşaqlar meydanda ilk dəfə çıxış edirdilər. Onların debütü vacib idi. Bəzi gənc uşaqlar komandaya xeyir verə bilərlər. İndi gördüm ki, uşaqların gələcəkləri var. Komandada zədəli futbolçu olmadı. Kerjakov haqda danışmaq istəmirəm. Kokorin çempionatda pis oynayırdı. O, diskvalifikasiya olunduğu üçün meydana buraxmadım. Buna görə də, Kerjakova 90 dəqiqə şans verdim. Komandada əsas oyunçu yoxdur”.