Topaz Premyer Liqasının VI turunda “Qarabağ” – “Neftçi” matçını (1:1) idarə etmiş Fariz Yusifov cəzalandırılıb. Apasport.az saytının xəbərinə görə, sabiq FİFA referisi qarşıdakı 5 turda təyinat almayacaq.
Hələ bir neçə gün öncə saytımıza müsahibə verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Qarabağ” – “Neftçi” matçında zəif idarəçiliklə yadda qalan Fariz Yusifovun cəzalandırılacağını açıqlamışdı.
Həmin görüşün son dəqiqələrində qonaqların qapısına şübhəli penalti təyin edən Yusifova ağır cəza kəsilib.
Belə ki, təcrübəli referi ölkə çempionatının 7-11-ci turlarında təyinat almayacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı