[b]Fatih Terim federasiyanı məhkəməyə verdi[/b]
29.11.2017 - 11:42
[b]Fatih Terim federasiyanı məhkəməyə verdi[/b]

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim məhkəməyə müraciət ünvanlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssisi bu addımı atmağa Türkiyə Futbol Federasiyasının (TFF) təzminat haqqını ödəməməsi vadar edib.

 

İyulun 26-da yığmadan qovulan Terim iki dəfə federasiyaya rəsmi xəbərdarlıq göndərməsinə baxmayaraq, müsbət cavab ala bilməyib. Bu səbəbdən 64 yaşlı çalışdırıcı haqqını məhkəmə vasitəsilə tələb etmək qərarına gəlib. Sabiq baş məşqçi qarşı tərəfdən 3,5 milyon avroluq təzminat pulunu və vəkil xərclərini istəyib. Məhkəmə prosesinin il yarım çəkməsi istisna olunmur.

 

Qeyd edək ki, Fatih Terim 2013-cü ildə TFF ilə 5+2 illik müqavilə imzalamasına baxmayaraq, bu ilin yayında vəzifəsindən uzaqlaşdırılıb.