Dördüncü dəfə “Qalatasaray”a rəhbərlik edəcək Fatih Terimin köməkçilərinin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı tanış məşqçilərlə işləyəcək.
Belə ki, Hasan Şaş və Ümit Davala yenidən bu vəzifədə xidmət edəcəklər. Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş oyunçularının keçidi ilə bağlı klub saytı açıqlama verib.
Qapıçılarla işləyən məşqçi də tanış simadı. “Cimbom”un ən uğurlu vaxtında qapını qorumuş braziliyalı Klaudio Taffarel “çərçivə qoruyucuları”nın hazırlığından məsul olacaq.
Qeyd edək ki, bu kollektiv 2011-2013-cü illərdə birlikdə “Qalatasaray”da çalışıb.