[b]FİFA-dan boğaz sakinlərinə zərbə[/b]
29.09.2014 - 21:05
[b]FİFA-dan boğaz sakinlərinə zərbə[/b]

FİFA daha bir futbol federasiyasını qəbul etməyib. Apasport.az saytının məlumatına görə, ali futbol qrumu Cəbbəllütariq Futbol Federasiyasını tanımaqdan imtina edib.

 

Daha əvvəl UEFA-nın üzvü kimi AVRO-2016-nın seçmə mərhələsində mübarizə aparan, və klubları avrokuboklarda oynayan Cəbbəllütariqə FİFA-dan “yox” cavabı gəlib.

 

Belə ki, Pireney yarımadası sahilində yerləşən boğaz sakinləri FİFA-nın nizamnaməsinə görə qəbul edilməyib. Nizamnamənin X maddəsinə əsasən, daha müstəqillikləri tanınmamış bu və ya digər regionda futbola rəhbərlik edən yeni assosiasiya FİFA-ya yalnız ölkə tərəfindən icazə şərti ilə üzv ola bilər.

 

Cəbbəllütariqə gəlincə isə onların federasiyası İspaniya tərəfindən etiraf edilmir.

 

Beləliklə, yaxın vaxtlarda Cəbbəllütariq FİFA-nın himayəsi altında keçirilən yarışlarda oynaya bilməyəcək. Məhz bu səbəbə görə, rəsmi matçlarda Kosovo yığması da iştirak etmir. Ancaq qismən hüququ tanındığı üçün onlara yoldaşlıq matçları keçirməyə icazə verilib.