[b]FİFA-dan təzminat tələb olunur[/b]
12.09.2017 - 15:41
[b]FİFA-dan təzminat tələb olunur[/b]

Cənubi Afrika yığmasının Seneqalla matçını təxirə salan FİFA təzminat ödəyə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə rəqib üzərində 2:1 hesablı qələbə qazanan Cənubi Afrika Futbol Assosiasiyası tələblə çıxış edib.

 

Qarşılaşmanın yenidən keçirilməsinə etiraz etməyən meydan sahibləri çəkdikləri xərclərin geri qaytarılmasını tələb ediblər: “Seneqal üzərində 2:1 hesablı qələbə qazandığımız görüşün yenidən keçirilməsinə etiraz edilməyəcək. Amma maddi zərərimiz üçün təzminat tələb etmək haqqımız var. Qanalı hakim Jozef Lamti FİFA Hakimlər Komitəsi tərəfindən təyin olunub. 2010-cu ildə Afrika Çempionlar Liqasının yarımfinal matçında əllə oynayaraq vurulan qolu hesaba alan və Afrika Futbol Konfederasiyası tərəfindən cəza alan hakim bu görüşə təyin olunduğu üçün məsuliyyəti FİFA daşıyır”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən il noyabrın 12-də keçirilmiş Cənubi Afrika – Seneqal (2:1) qarşılaşmasında birincilər qollardan birini hakimin kobud səhvi nəticəsində vurmuşdular. FİFA ötən həftə matçın nəticəsini ləğv edərək, komandaların noyabrda yenidən üz-üzə gəlmələrini qərara alıb.

 

0