[b]FİFA dünya çempionatında yeniliklər edir[/b]
10.05.2018 - 23:15
[b]FİFA dünya çempionatında yeniliklər edir[/b]

FİFA klublararası dünya çempionatında yeniliklər etməyi planaşladırır. Apasport.az saytının məlumatına görə, artıq bununla bağlı ali futbol qurumu ilə aparıcı klublar arasında danışıqlara start verilib.

 

Ötən gün FİFA-nın ofisində Avropanın 7 böyük klubunun – “Barselona”, “MançesterYunayted”, “Real”, “Mançester Siti”, PSJ, “Yuventus” və “Bavariya”nın nümayəndələri ilə iclas keçirilib.

 

Müzakirələrdə yeni turnurin 4 ildən bir keçirilməsi ilə bağlı qərar verilib. Dünya çempionatı yeni formatda 2021-ci ildən etibarən keçiriləcək.

 

FİFA-nın bu çempionatdan 1, iştirakçı klubların isə 2 milyard dollar qazanacağı gözlənilir.