FİFA 2014-cü ili ən yaxşı məşqçisi mükafatına namizədlərin yekun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilin ən yaxşısı adına 3 çalşdırıcının adı göstərilib.
Bunlar ötən mövsüm “Real”la Çempionlar Liqasının qalibi olan italiyalı Karlo Ançelotti, Almaniya millisini dünya çempionu edən Yoahim Löv və 2013/2014 mövsümündə həm ÇL-də final oynayan, həm də İspaniya La Liqasını qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeonedi.
Bu “üçlük” oktyabrın 27-də açıqlanan ilkin 10 nəfərlik siyahıdan seçilib. Onlar arasında ən yaxşısı isə 2015-ci il yanvarın 12-də bəlli olacaq.
Qeyd edək ki, “Qızıl top” mükafatına namizəd futbolçular isə Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”) və Manuel Noyerdi (Almaniya, “Bavaiya”).
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək