[b]FİFA prezidenti "Qarabağ"ı təbrik etdi[/b]
26.05.2015 - 10:14
[b]FİFA prezidenti "Qarabağ"ı təbrik etdi[/b]

FİFA-nın prezidenti Yozef Blatter Topaz Premyer Liqasının qalibini təbrik edib. Apasport.az saytının məlumatına görə, isveçrəli futbol funksioneri AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ailəsi adından "Qarabağ" klubuna təbrikini çatdırıb.

 

Blatter Ağdam təmsilçisini Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması,  gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

 

Qeyd edək ki, “Qarabağ” mövsümün sonuna 2 tur qalmış çempionluğu təmin edib. Bu, ardıcıl 2-ci, klubun tarixində 3-cü çempionluqdu.

 

Mənbə: affa.az