[b]FİFA rəmzi komandanın heyətini açıqladı[/b]
12.01.2015 - 22:30
[b]FİFA rəmzi komandanın heyətini açıqladı[/b]

Ali futbol qurumu FİFA 2014-cü il üçün rəmzi komandanın heyətini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, səsvermənin nəticələrinə əsasən, il ərzində planetin ən yaxşı “11-liy”i aşağıdakı kimi formalaşıb.

 

Qapıçı: Manuel Noyer (“Bavariya”, Almaniya)

 

Müdafiəçilər: David Luiz (PSJ, Braziliya), Tyaqo Silva (PSJ, Braziliya), Flip Lam (“Bavariya”, Almaniya), Serxio Ramos (“Real”, İspaniya)

 

Yarımmüdafiəçilər: Toni Kroos (“Real”, Almaniya), Andres İnyesta (“Barselona”, İspaniya), Anhel Di Mariya (“Real”/”Mançester Yunayted, Argentina)

 

Hücumçular: Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Lionel Messi (“Barselona”, Argentina), Aryen Robben (“Bavariya”, Hollandiya).