[b]FİFA transferdə qüsur tapmadı[/b]
24.10.2017 - 18:09
[b]FİFA transferdə qüsur tapmadı[/b]

Fransalı yarımmüdafiəçi Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə transferi ilə bağlı istintaq başa çatıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, FİFA məsələ ilə bağlı araşdırmanı yekunlaşdırıb və qərarını Turin klubuna çatdırıb.

 

Bunu “qoca sinyora”nın prezidenti Andrea Anyelli söyləyib. O bildirib ki, ali futbol qurumu hər hansı bir nöqsan aşkarlamayıb: “FİFA-nın istintaqı “Yuventus” üçün bir mənfi nəticə vermədən tamamlanıb. Klubumuz bu məsələdə tamamilə haqlı olub”.

 

Qeyd edək ki, Poqba ötən il “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avroya keçib. İddiaya görə, futbolçunun meneceri Mino Rayola bu transferə görə 49 milyon avro gəlir əldə edib.