Fil Dişi Sahili ölkəsinin prezidenti Alassan Uattara millinin Afrika Millətlər Kubokunu qazanması münasibəti ilə futbolçuları mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, dövlət başçısı turnirdə iştirak edən 23 oyunçunun hər birinə 90 min avro verib.
Həmçinin, kuboku qazanmaqada pay sahibi olan yığmanın fransalı baş məşqçisi Erve Renar da mükafat alıb. Bundan başqa, bütün komanda üzvləri milli ordenin kavalerlərinin rütbəsini adını qazanıb.
Xatırladaq ki, Fil Dişi Sahili millisi finalda Qana ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “fillər” daha güclü olub - 9:8.