Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Atletiko"nun futbolçusu Filipe Luis sıradan çıxıb. Apasport.az saytı xəbər verir ki, braziliyalı müdafiəçi "Çelsi" ilə görüşdə (1:2) zədələnib.
Sol dizindən xəsarət alan Luis bu səbəbdən Braziliya yığmasının DÇ-2018-in seçmə mərhələsində Boliviya və Çili ilə keçirəcəyi oyunları buraxmalı olacaq. Onun əvəzinə milliyə "Monako"nun üzvü Jorje çağırılıb.
"Atletiko"nun aparıcı oyunçularından olan Luisin oktyabrın 18-də Bakıda "Qarabağ"la baş tutacaq matça qədər zədəsini sağaldıb-sağaltmayacağı dəqiq bilinmir. Braziliya yığmasının həkimləri "sambaçı"nın ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Filipenin bərpa prosesi uzun çəksə, o, "Qarabağ"la görüşdə komandasına kömək edə bilməyəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”